Rəcəp Tayyip Erdoğan - Afrində hərbi əməliyyat başa çatdıqdan sonra, missiya İdlib əyalətində davam edəcək
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın bəyanatına görə, Afrində hərbi əməliyyat başa çatdıqdan sonra, missiya İdlib əyalətində davam edəcək.
“Biz istəyirik ki, bizim Suriyəli qardaşlarımız və bacılarımız öz torpaqlarına qayıtsınlar. Qəhraman əsgərlərimiz bugün Afrində tarix yazırlar və sabah da teroristlərin olduğu hər yerdə yenə tarix yazmağa davam edəcəklər”, – dedi Rəcəp Tayyip Erdoğan.
Türkiyənin müdafiyə nazirinin məlumatına görə, əməliyyat çərçivəsində 1 028 kürt döyüşçüsü və jihadist neytrallaşdırıldı.
Kürt agentlikləri də yazırlar ki, əməliyyat ərzində kürt qruplaşmaları türk əsgərinin 13 tankını partlatdılar.
Suriyənin şimalında Türk Silahlı Qüvvələrinin baş qərargahı hərbi əməliyyatlara yanvarın 20-də başladı.