Rəcəb Tayyip Erdoğan seçki kampaniyasını mayın 26-da Ərzurum şəhərindən başlayacaq
Rəcəb Tayyip Erdoğan öz seçki kampaniyasını şərqi Türkiyədən başlayacaq.
Mayın 26-da Türkiyə prezidentinə dəstək aksiyası Ərzurum şəhərində başlayacaq.
Kampaniyanın başlanmasına qədər iqtidar partiyası toplanacaq və deputatlığa namizədləri təqdim edəcək.
Erdoğana dəstək aksiyaları Türkiyənin 30 əyalətində keçiriləcək.
İyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək və ölkə parlament idarəçiliyindən prezident idarəçiliyi modelinə keçəcək.