Rəcəb Tayyip Erdoğan - Arveladze qardaşları Türkiyədə illər ərzində fəaliyyət göstərdilər və indi Özbəkistanda bir komandayı məşq etdirirlər [Video]

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan rəsmi səfərlə Özbəkistandadır.

Bugün o Taşkəntdə, ölkə prezidenti Şəvkət Mirzoyev ilə birlikdə iş adamları, siyasətçilər və müxtəlif sahələrin nümayəndələri ilə görüş keçirdi.

Maraqlıdır ki, qonaqlar arasında Taşkəntin “Paxtakora” futbol komandasının baş təlimçisi Şota Arveladze və onun qardaşı və eyni zamanda, həmin komandanın idman direktoru olan Arçil Arveladze də var idilər.

Arveladzelər illər ərzində Türkiyənin “Trabzonsporunda” oynayırdılar və demək olar ki, komandanın əfsanəsi idilər. Özbəkistanda onları Türkiyə prezidentindən sürpriz gözləyirdi.

“Burada dəvətlilər arasında Arçil və Şota Arveladzelər var, hansılar ki, illər ərzində Türkiyədə fəaliyyət göstərirdilər və indi Özbəkistanda bir futbol komandasını məşq etdirirlər. Bu çox gözəl bir kombinasiyadır” – dedi Türkiyə prezidenti.

Bu görüş haqqında məlumatı Şota Arveladze öz rəsmi Facebook səhifəsində yaydı və Türkiyə prezidentinə təşəkür etdi.