Rəcəb Tayyip Erdoğan - ABŞ İranla nüvə razılaşmasından çıxmaqla, özü uduzacaq
Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bəyan edir ki, ABŞ İranla nüvə razılaşmasını pozaraq, özü uduzacaq.
Bu barədə bəyanatı Erdoğan CNN-lə müsahibə zamanı verdi.
Eyni zamanda, Rəcəb Tayyip Erdoğan Donald Trampın qərarının yeni şərqdə krizisə səbəb olacağını hesab edir.
Erdoğanın dediyinə görə, ABŞ prezidentinin addımı dünya iqtisadiyyatı üçün də təhlükə yaradır.
“Məhz bu baxımdan böyük zərbə Türkiyəyə vurulacaq. ABŞ bu razılaşmadan çıxmaqla, neftin qiymətinin artmasına səbəb olacaq və hərşeyə rəğmən, yenədə, uduzmaqda qalan ölkə özü olacaq.
Erdoğan bəyan edir ki, Donald Tramp ondan əvvəlki həmkarı tərəfindən qoyulan razılaşmaya hörmət etməli idi.
Xatırladaq ki, Donald Tramp mayın 8-də İranla nüvə razılaşmasını pozdu.