Rəcəb Tayyib Ərdoğan – Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr və qruplar var, silah alverçilərinə bazar lazımdır, onlar üçün silah bazarı qərbdir

22:19, 05.07.2024

Təəssüf ki, Qərbdə üçüncü Dünya Müharibəsinə yol açan ölkələr və qruplar var. Silah alverçilərinin bazara ehtiyacı var, silah alverçilərinin bazarı Qərbdir, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidentinin söylədiyinə görə, Ankara Rusiya ilə Ukrayna arasında müharibənin nəhayət bitməsini istəyir.

“İllərdir səsləndirdiyimiz “Dünya beşdən böyükdür” və “Daha ədalətli dünya mümkündür”- tezislərimiz bu mənfi atmosferi dağıtmaq və böyük müharibə riskini aradan qaldırmaq üçün irəli sürdüyümüz konkret qərarlardır. Bizim etməli olduğumuz şey qlobal sistemi yenidən nəzərdən keçirmək, hər kəsin ayrı-seçkilik etmədən beynəlxalq qanunlara riayət etməsini təmin etmək, terrorizmi kollektiv mənada aradan qaldırmaq və ədalətə əsaslanan qlobal paylaşma sistemini həyata keçirməkdir”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Oxşar