Rəcəb Tayyib Ərdoğanın partiyası seçkiləri 30-dan artıq vilayətdə uduzur
Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın partiyası yerli özünüidarəetmə seçkilərinin 30-dan artıq vilayətdə uduzur. Bu vaxta qədər səslərin 99 faizi hesablanıb. Hakim partiya Ankaraya nəzarəti itirir.
Bu vaxtın göstəricilərinə görə, Binəli Yıldırım İstanbulda seçkiləri uduzur. Müxalif “Respublika Xalq Partiyası” İzmirdə, Antaliyada, Hətayidə və Artvində qələbə qazanır.
Ölkənin cənub-qərb bölgəsində kürdtəmayüllü “Xalq Demokratik Partiyası” qələbə qazanır. Bu partiya Vanda, Diyarbəkirdə və Qarsda liderlik edir.
Türkiyədə seçkilər martın 31-də keçirildi.