Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində iştirak edən gürcü xilasedicilərə təşəkkür edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcü xilasetmə dəstəsinin üzvlərinin müxtəlif ölkələrin xilasetmə xidmətləri ilə birlikdə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərini həyata keçirdiyi Hatay əyalətinin Antakya şəhərinə səfər edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında Türkiyə Respublikasının Prezidentinin müxtəlif ölkələrin nümayəndələri ilə şəxsən görüşdüyü, xilasetmə işlərinin gedişatı ilə yerindəcə tanış olduğu deyilir.
Verilmiş məlumatda Rəcəb Tayyib Ərdoğanın zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində iştirak edən xilasetmə qruplarına şəxsən təşəkkür etdiyi deyilir.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri türk tərəfi ilə koordinasiya ilə Hatay əyalətinin Antakya şəhərində hələ də zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərini davam etdirirlər.
Gürcü xilasedici qrup Gürcüstanın Baş nazirinin qərarı ilə Türkiyə Respublikasındadır”-deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.