Rəcəb Tayyib Ərdoğan Şovidəki fəlakətin qurbanları ilə bağlı Gürcüstanın Baş nazirinə və gürcü xalqına başsağlığı verib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanlarla bağlı məyusluğunu ifadə edib, Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə və gürcü xalqına başsağlığı verib.
“Gürcüstanda baş verən sürüşmə nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə böyük kədər hissi ilə xəbər tutdum.
Zati-aliləri, dost və qonşu gürcü xalqına və həlak olanların yaxınlarına xalqım və şəxsən öz adımdan başsağlığı verirəm”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 24-ə çatıb. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 9 nəfərin axtarışı aparılır.
Avqustun 3-də Şovidə sürüşmə baş verib.