Rəcəb Tayyib Ərdoğan – Son 24 ildə həyata keçirilən investisiyalar sayəsində Türkiyə səhiyyə sahəsində elə bir səviyyəyə çatıb ki, qlobal miqyasda lider hesab olunur
Son 24 il ərzində, ilk növbədə şəhər xəstəxanalarına həyata keçirilən investisiyalar sayəsində Türkiyə elə bir səviyyəyə çatıb ki, bu sahədə qlobal miqyasda lider hesab olunur, – bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, hökumət bütün ölkə miqyasında elə bir səhiyyə sistemi yaradıb ki, orada vətəndaşlar gəlir səviyyəsindən və ya peşəsindən asılı olmayaraq, humanist rəftar görəcəklər.
“Əvvəllər vətəndaşlarımız tibbi xidmət almaq üçün xaricə gedirdilər, indi isə vəziyyət dəyişib. Hər il yüz minlərlə xarici pasiyent müalicə məqsədilə Türkiyəyə müraciət edir”, – deyə Türkiyə Prezidenti qeyd edib.