Rəcəb Tayyib Ərdoğan – Fars körfəzində gedən müharibənin əvəzini hər kəs ödəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, Hörmüz boğazındakı mövcud vəziyyət yumşalmayana qədər, neft qiymətlərinin artması hər kəs üçün çağırış olaraq qalacaq.
Onun sözlərinə görə, İsrailin təhriki ilə başlayan müharibənin bədəlini bu müharibədə iştirak edib-etməməsindən asılı olmayaraq hər kəs ödəyir.
“Bir daha vurğulamaq istəyirəm ki, İsrailin təhriki və təxribatları ilə başlayan müharibənin bədəlini təkcə İran xalqı və bizim qardaş Fars körfəzi ölkələri deyil, bu müharibədə iştirak edib-etməməsindən asılı olmayaraq hər kəs ödəyir. Məhz İsrailin yalanı və sabotajı bütün regionumuza rahatlıq gətirəcək bir fürsət bəxş edən İslamabad razılaşmasını da pozdu. Ən kiçik sülh imkanını belə təhdid kimi qəbul edən bu radikal zehniyyət dəyişməyənə qədər, bölgəmizdə böhran fırtınası səngiməyəcək”, – deyə Ərdoğan deyib.