Rəcəb Tayyib Ərdoğan - Yerevan birtərəfli ittiham siyasətindən əl çəkərsə, Türkiyə Ermənistanla münasibətlərin tədricən normallaşması üçün işə başlaya bilər
Rəcəb Tayyib Ərdoğan - Yerevan birtərəfli ittiham siyasətindən əl çəkərsə, Türkiyə Ermənistanla münasibətlərin tədricən normallaşması üçün işə başlaya bilər

“Yerevan birtərəfli ittiham siyasətindən əl çəkərsə, Türkiyə Ermənistanla münasibətlərin tədricən normallaşması üçün işə başlaya bilər”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan bölgədə yeni və konstruktiv yanaşmalara ehtiyac olduğunu söyləyir. Türkiyə Prezidenti, fikir və gözləntilərdə fikir ayrılıqları olsa belə, bir-birlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət də daxil olmaqla güvən əsaslı mehriban qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səylər göstərməyin məsuliyyətli bir addım olacağını söylədi.

Ərdoğanın sözlərinə görə,  2020 -ci il 9 noyabr tarixli üçlü bəyannamədə göstərildiyi kimi bütün bölgə birləşdirilərsə, Cənubi Qafqaz ölkələri üçün bir çox yeni imkanlar ortaya çıxacaq. Ərdoğan Ermənistanın da daxil olduğu regional əməkdaşlıq platformasına çağırışını təkrarladı.

“Bu platforma təsdiqlənərsə, inanıram ki, dəmir yolları və yollar lazım olduğu üçün bütün bölgə özünü rahat hiss edəcək” dedi Türkiyə prezidenti.