Rəcəb Tayyib Ərdoğan – Sinop Atom Elektrik Stansiyası ilə bağlı Rusiya ilə danışıqlarımız var və inanırıq ki, bu istiqamətdə ciddi addımlar ata bilərik

19:00, 03.07.2024

Sinop Atom Elektrik Stansiyası ilə bağlı Rusiya ilə danışıqlarımız var və inanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik, – bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, Türkiyənin Rusiyanın köməyi ilə inşa etdiyi “Akkuyu” AES-in tikintisi yaxın vaxtlarda başa çatacaq.

Ərdoğanın bildirdiyinə görə, ölkələr arasında ikitərəfli ticarət 55 milyard dollardır, hərçənd, vəzifə onu 100 milyard dollara çatdırmaqdır.

Ərdoğan həmçinin qeyd edib ki, hər il 7 milyona yaxın rusiyalı turistin Türkiyəyə gəlməsi turizm baxımından çox önəmlidir.

“Uzun müddətdir ki, dostumla görüşə bilmədik. Diplomatik yolla telefonla görüşlərimiz oldu, bu müddət ərzində nazirlərimiz daimi təmasda idi”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Oxşar