Rəcəb Tayyib Ərdoğan - Sinop Atom Elektrik Stansiyası ilə bağlı Rusiya ilə danışıqlarımız var və inanırıq ki, bu istiqamətdə ciddi addımlar ata bilərik
Rəcəb Tayyib Ərdoğan - Sinop Atom Elektrik Stansiyası ilə bağlı Rusiya ilə danışıqlarımız var və inanırıq ki, bu istiqamətdə ciddi addımlar ata bilərik

Sinop Atom Elektrik Stansiyası ilə bağlı Rusiya ilə danışıqlarımız var və inanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik, – bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, Türkiyənin Rusiyanın köməyi ilə inşa etdiyi “Akkuyu” AES-in tikintisi yaxın vaxtlarda başa çatacaq.

Ərdoğanın bildirdiyinə görə, ölkələr arasında ikitərəfli ticarət 55 milyard dollardır, hərçənd, vəzifə onu 100 milyard dollara çatdırmaqdır.

Ərdoğan həmçinin qeyd edib ki, hər il 7 milyona yaxın rusiyalı turistin Türkiyəyə gəlməsi turizm baxımından çox önəmlidir.

“Uzun müddətdir ki, dostumla görüşə bilmədik. Diplomatik yolla telefonla görüşlərimiz oldu, bu müddət ərzində nazirlərimiz daimi təmasda idi”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.