Rəcəb Tayyib Ərdoğan - Ötən il Türkiyə-Gürcüstan ikitərəfli ticarət kontekstində biz üç milyard dollara çatdıq, yeni hədəf beş milyard olacaq
Rəcəb Tayyib Ərdoğan - Ötən il Türkiyə-Gürcüstan ikitərəfli ticarət kontekstində biz üç milyard dollara çatdıq, yeni hədəf beş milyard olacaq

 
Ötən il Türkiyə-Gürcüstan ikitərəfli ticarət kontekstində biz üç milyard dollara çatdıq, yeni hədəf beş milyard olacaq- bu haqda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə brifinq zamanı deyib.

Ərdoğan, Türkiyənin Gürcüstanın ən böyük layihələrində iştirak etməyə hazır olduğunu bildirib.

“Ötən il ikitərəfli ticarət kontekstində biz üç milyard dollarlıq göstəriciyə çatdıq. Yeni hədəfin 5 milyard olacağını bir-birimizə söylədik. Hesab edirəm ki, bizim bu göstəriciyə çox tezliklə yaxınlaşmaq və biznes imkanlarımızı tam şəkildə istifadə etmək potensialımız var.

Türkiyə-Gürcüstan münasibətlərində regional əməkdaşlıq konteksti olduqca önəmlidir və biz Orta Dəhlizin onurğası və tarixi İpək Yolunun dirçəlişi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə salınması üçün səylərimizi həyata keçirməyi davam etdirəcəyik, tezliklə fəaliyyətə başlayacağına ümid edirəm. Biz bu fürsətdən istifadə edərək, eyni uğurla digər nəqliyyat və enerji layihələrində də işləməyə hazır olduğumuzu bir-birimizə təsdiq edirik. Baş nazirə dedim ki, biz Gürcüstanın ən böyük layihələrində – hava limanının, limanların, enerji layihələrində, elektrik ötürücü xətlərin çəkilişində iştirak etməyə hazırıq, təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından da istəyimizi və vədimizi dilə gətirdik” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.