Rəcəb Tayyib Ərdoğan – İsrail Qəzzada əhaliyə zülmün əvəzini ödəyəcək
İsrail Qəzzada əhaliyə zülmün əvəzini ödəyəcək- bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefon danışığında bildirib.
Türkiyə mediasının məlumatına görə, Abbasla telefon danışığı zamanı Ərdoğan Qəzzada atəşkəs üçün bütün vasitələrin səfərbər olunmalı olduğunu, o cümlədən Qəzza zolağında dərhal atəşkəs və girovların qeyd-şərtsiz azad edilməsi tələblərini ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını bildirib.
“Nə olursa olsun, biz İsrailin Qəzzaya qarşı barbar hücumlarına qarşı durmağa davam edəcəyik və İsrail bu zülmün əvəzini mütləq ödəyəcək”, – deyə Ərdoğan bildirib.