Rəcəb Tayyib Ərdoğan - İranın Prezidentinin həlak olması ilə əlaqədar bir günlük milli matəm elan etmək qərarına gəldik
Rəcəb Tayyib Ərdoğan - İranın Prezidentinin həlak olması ilə əlaqədar bir günlük milli matəm elan etmək qərarına gəldik

 
İranın Prezidenti İbrahim Rəisinin həlak olması ilə əlaqədar Türkiyədə bir günlük milli matəm elan edilib.

“İranın Prezidenti İbrahim Rəisinin həlak olması ilə əlaqədar bir günlük milli matəm elan etmək qərarına gəldik”-deyə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ərdoğan helikopterin axtarış-xilasetmə əməliyyatlarında Türkiyənin rolunu xüsusilə qeyd edib.

“Hava şəraitinin yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, türk axtarış-xilasetmə qrupu 7,5 saat ərzində işləri həyata keçirib” – Ərdoğan deyib.

Xatırladaq ki, İranın Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən qayıdırmış və şimal-qərbdə yerləşən Təbriz şəhərinə gedirmiş. İran mediası prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olmasını təsdiqləyib.