Rəcəb Tayyib Ərdoğan - həll olunmayan münaqişə nəticəsində əmələ gələn çətinlikləri gürcü qardaşlarımız özlərində sınadılar
Rəcəb Tayyib Ərdoğan - həll olunmayan münaqişə nəticəsində əmələ gələn çətinlikləri gürcü qardaşlarımız özlərində sınadılar

Antalya Diplomatik Forumunun aşılış sessiyasında nitqlə çıxış edərkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada cərəyan edən münaqişələr barəsində söhbət edərkən Gürcüstan-Rusiya münaqişəsinə də toxundu və bölgədə mövcud münaqişələrin həlli əhəmiyyətini xüsusilə qeyd etdi.

“Həll olunmayan münaqişə nəticəsində əmələ gələn çətinlikləri, forumda iştirak edən bizim azərbaycanlı, gürcü və ukraynalı qardaşlarımız sınadılar, bu proses indi də davam edir. Bənzər yükü, illərdir biz dədaşıyırıq, Şimali Kirp məsələsindən irəli gələrək”, – Ərdoğan bəyan etdi və bölgənin inkişafında sülhün əhəmiyyətini xüsusilə qeyd etdi.

Qeyd olunasıdır ki, forumda Gürcüstan Xarici İşlər naziri David Zalkaliani iştirak edir. nazir işçi sessiyada “Cənubi Qafqaz: bölgə sülhü və əmıəkdaşlığı üçün yeni imkanlar” işçi sessiyasında Azərbaycanlı həmkarı ilə iştirak edəcək və bölgədə, o cümlədən Gürcüstanda mövcud çağırışlar və imkanıar barəsində söhbət edəcək.