Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının üzvlərini Qəzzada atəşkəs məsələsi ilə bağlı İsrailə təzyiq göstərməyə çağırır
Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının üzvlərini Qəzzada atəşkəs məsələsi ilə bağlı İsrailə təzyiq göstərməyə çağırır

 

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının üzvlərini Qəzzada atəşkəs məsələsi ilə bağlı İsrailə təzyiq göstərməyə çağırır. Ərdoğan bu haqda Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə birgə keçirilən mətbuat konfransında bəyan edib.

Türkiyənin Prezidenti, Ankaranın davam edən müharibəyə son qoyacaq atəşkəslə bağlı istənilən təklifi təqdir etdiyini bildirib. Həmçinin, Ərdoğan, Vaşinqtonun İsrailin hərəkətləri ilə bağlı mövqeyinin Türkiyə üçün narahatlıq doğurucu olduğunu qeyd edib.

“Amerika Birləşmiş Ştatlarından başlayaraq BMT-nin Təhlükəsizlik Şurasının üzvləri atəşkəsi təmin etmək üçün İsrailə təzyiq etməlidirlər. İsrail amansız qətliamı davam etdirir, belə bir vaxtda xüsusilə də Amerikanın mövqeyi bizi həqiqətən narahat edir”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.