Rəcəb Tayyib Ərdoğan - Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən maksimum səmərəlilik əldə etmək üçün təmir işləri təcili başa çatdırılmalıdır
Rəcəb Tayyib Ərdoğan - Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən maksimum səmərəlilik əldə etmək üçün təmir işləri təcili başa çatdırılmalıdır

 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən maksimum səmərəlilik əldə etmək üçün təmir işləri təcili başa çatdırılmalıdır – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Türkiyə Prezidenti bildirib ki, kritik çağırışların olduğu bir vaxtda ölkələrin nəqliyyat və enerji sahələrində potensialı inkişaf etdirilməlidir.

Ərdoğanın sözlərinə görə, “TANAP ”ın (Trans-Anadolu Boru Kəməri) gücünün artırılması və Xəzər təbii qazının Türkiyə və Avropaya ixracı ölkələrin prioritetləri sırasındadır.

Türkiyə Prezidenti Cənubi Qafqaz regionunda sülh prosesindən də danışıb və qeyd edib ki, Azərbaycanla Ermənistan arasında daimi sülh sazişinin imzalanması regionda və dünyada sülh, əmin-amanlıq və sabitliyə yeni ümid mənbəyi olacaq.

“Biz bu prosesdə Azərbaycanla birgə hərəkət edirik. Qarabağın işğalı başa çatdıqdan sonra bölgəmizdə davamlı sülh üçün tarixi fürsət pəncərəsi açılır. Bu fürsət pəncərəsini bağlamamaq çox vacibdir. Hesab edirəm ki, Ermənistan bu prosesi strateji prizmadan, uzunmüddətli düşüncə ilə dəyərləndirməlidir” – deyə Rəcəb Tayyib Ərdoğan açıqlayıb.