Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq etdi
Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq etdi.
Medianın məlumatına görə, 25 fevral 2020-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.