Rəcəb Tayyib Ərdoğan - atəşkəsin şərtlərinin çətinliklərinin fərqindəyik, lakin səylərimizi davam etdirəcəyik, çünki diplomatiyanın yeganə həll yolu olduğuna inanırıq
Rəcəb Tayyib Ərdoğan - atəşkəsin şərtlərinin çətinliklərinin fərqindəyik, lakin səylərimizi davam etdirəcəyik, çünki diplomatiyanın yeganə həll yolu olduğuna inanırıq

 

Atəşkəsin şərtlərinin çətinliklərinin fərqindəyik, lakin səylərimizi davam etdirəcəyik, çünki diplomatiyanın yeganə həll yolu olduğuna inanırıq-bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın baş naziri Mark Rutte ilə birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukrayna böhranı başlayandan etibarən çox aydın mövqe tutub.

“Hər fürsətdə diplomatiyadan istifadə etdik və gərginliyin azaldılması zərurətinə diqqət yetirdik”, – deyə Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə intensiv diplomatiya aparır.

” Təəssüf ki, Ukraynada humanitar faciə getdikcə artır. Minlərlə insan həlak oldu, 3 milyona qədər insan öz evindən didərgin düşdü və qonşu ölkədə sığınacaq tapdı. Biz intensiv diplomatiya aparırıq. Mən cənab Zelenski və cənab Putinlə ünsiyyəti davam etdirirəm. Xarici işlər nazirimiz ötən həftə Moskvada və Lvovda həmkarları ilə görüş keçirdi. Atəşkəs və davamlı sülh üçün biz sizə platforma təklif etməyə hazır olduğumuzu bir daha bəyan etmək istərdik. Şərtlərin çətinliyini bilirik, lakin buna baxmayaraq səylərimizi davam etdirəcəyik, çünki diplomatiyanın yeganə həll yolu olduğuna inanırıq” -deyə Ərdoğan bildirib.