Rəcəb Tayyib Ərdoğan alyansı Rusiyaya qarşı müharibəyə sürükləyə biləcək addımlar atmamaqla bağlı NATO-da müttəfiqlərə xəbərdarlıq edib
Rəcəb Tayyib Ərdoğan alyansı Rusiyaya qarşı müharibəyə sürükləyə biləcək addımlar atmamaqla bağlı NATO-da müttəfiqlərə xəbərdarlıq edib

 
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona NATO sammiti üçün uçmazdan əvvəl alyansı Ukraynada Rusiyaya qarşı müharibəyə sürükləyə biləcək addımlar atmamaqla bağlı müttəfiqlərə xəbərdarlıq edib.

Bu haqda məlumatı “Bloomberg” yayır.

“Biz Ukraynaya dəstək üçün atılacaq addımlar üzərində işləyərkən, NATO-nu müharibənin tərəfi etməmək üçün prinsipial mövqeyimizi qoruyuruq”-deyə Ərdoğan NATO sammiti üçün Vaşinqtona uçmazdan əvvəl Ankara Hava Limanında bildirib.

Türkiyənin Prezidenti, rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməsinin və bu prinsipə sadiqliyinin hamı tərəfindən bilindiyini qeyd edib.