Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Co Baydenlə planlaşdırılan görüşünü təxirə salıb
Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Co Baydenlə planlaşdırılan görüşünü təxirə salıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə Co Baydenlə planlaşdırılan görüşünü təxirə salıb. Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayır. Medianın məlumatına görə, səfər mayın 9-na planlaşdırılıb.

Ağ Ev Ərdoğanın səfərinin 9 may tarixini təsdiqləməyib.

“Biz prezident Ərdoğanı hər iki tərəf üçün əlverişli vaxtda Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyirik, hərçənd, vaxt barədə razılığa gələ bilməmişik və hazırda elan edəcək səfərimiz yoxdur”, – deyə Ağ Ev bildirib.

Türkiyənin yüksək rütbəli rəsmisinin anonim şəkildə “Reuters” agentliyinə verdiyi məlumata əsasən, səfərin yeni tarixi yaxın vaxtlarda təyin olunacaq. Lakin görüşün təxirə salınmasına nəyin səbəb olduğu məlum deyil.

Bu, prezident Ərdoğanın 2019-cu ildən sonra Vaşinqtona ilk səfəri olacaq.