Rəcəb Tayyib Ərdoğan 15-16 iyunda rəsmi səfərlə Azərbaycana gedəcək
Rəcəb Tayyib Ərdoğan 15-16 iyunda rəsmi səfərlə Azərbaycana gedəcək

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammitinin başa çatmasından sonra, 15-16 iyunda rəsmi səfərlə Azərbaycana gedəcək.

“NATO sammitinin başa çatmasından sonra Azərbaycana səfər edəcəm. Türk-azərbaycan qardaşlığı bölgədə sülhün və firəvanlığın əsasıdır. Dağlıq Qarabağda tarixi qələbə ilə Azərbaycan 30 illik işğala son qoydu. Bu qələbə bölgədə sabit sülhə əsas qoydu. Bu mərhələdə məhz elə qələbənin nail olunduğu yeri ziyarət edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə türk alımi üçn tarixi şəxsiyyətlərin böyüdüyü Şuşaya gedəcəm. Sonra isə, Əliyevlə birlikdə paytaxt Bakıya gedəcəm və Türkiyə yığmasının oyununa baxacam”, – Ərdoğan bəyan etdi.

Bununla yanaşı, medianın məlumatına görə, Şuşaya səfər zamanı ikitərəfli görüşlər keçiriləcək, burada türk-azərbaycan əlaqələrinin bütün aspekti və onların sonrakı dərinləşdirilməsi müzakirə olunacaq. Səfər çərçivəsində Türkiyə prezidenti Azərbaycan Parlamentində nitqlə çıxış edəcək.