Rəcəb Tayyib Ərdoğan – Yorulmaz mübarizə nəticəsində seçkidə qalib gələn dostum Donald Trampı təbrik edir, Türkiyə-ABŞ münasibətlərinin güclənəcəyinə ümid edirik

14:19, 06.11.2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Yorulmaz mübarizə nəticəsində seçkilərdə qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.

Amerika xalqının seçimi ilə başlayan bu yeni dövrdə ümid edirik ki, Türkiyə-ABŞ münasibətləri güclənəcək, regional və qlobal böhranlar və müharibələr sona çatacaq. Xüsusilə, Fələstin məsələsi və Rusiya ilə Ukrayna arasındakı müharibə. İnanıram ki, daha ədalətli dünya üçün əlavə səylər olacaq. Ümid edirəm ki, seçki bizim dostumuz və müttəfiqimiz, Amerika xalqı və bütün dünyaya fayda verəcək”. – Ərdoğan bildirib.

İlkin məlumatlara görə, ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp qalib gəlib.

Oxşar