Rəcəb Tayyib Ərdoğan – Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yolunda mühüm irəliləyiş əldə olunub
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. – Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Liderlər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
Türkiyə Kommunikasiya Direktorluğunun məlumatına görə, Ərdoğan “Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdardır” deyib.
Ərdoğan həmçinin Ermənistanla dialoq prosesinin davam etdirilməsinə “ürəkdən dəstəyini” ifadə edib.