Rəcəb Tayyib Ərdoğan – İsrailin növbəti hədəfi Türkiyə olacaq, lakin Hitler dayandırıldığı kimi Netanyahu da eyni şəkildə dayandırılacaq

12:32, 02.10.2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, İsrailin növbəti hədəfi Türkiyə olacaq.

Onun sözlərinə görə, İsrailin Fələstin əraziləri və Livandakı hərbi əməliyyatları tezliklə Türkiyəyə də sirayət edə bilər.

“Livandan sonra İsrailin gözünü dikəcəyi yer, düz deyirəm, bizim vətənimiz olacaq. Nəyin bahasına olursa olsun, Türkiyə İsrailə qarşı durmağa davam edəcək və dünyanı bu şərəfli mövqeyi tutmağa çağırır”. – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti gərginliyin artması fonunda Ankaranı neytrallığa çağıranları tənqid edib.

“Biz bütün bölgəni alova bürümək istəyən işğal şəbəkəsi ilə üz-üzəyik. Bir zərrə qədər də olsa vicdanı olan hər kəs belə bir qırğın zamanı səssiz qala bilməz. Hitler dayandırıldığı kimi, Netanyahu da eyni şəkildə dayandırılacaq”. – deyə Ərdoğan bildirib.

Oxşar