Rəcəb Tayyib Ərdoğan – İsrail işğala haqq qazandırmaq üçün regional münaqişələrdən istifadə edir

12:00, 06.10.2024

İsrail işğala haqq qazandırmaq üçün regional münaqişələrdən istifadə edir. – Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

İsrailin “Həmas”, “Hizbullah”, Yəmən, Suriya və İrandan bəhs etməsi sadəcə bəhanədir. İsrail hökuməti işğalını qanuniləşdirmək üçün hər gün yeni bəhanələr uydurur”. – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd-şərtsiz İsrail tərəfdarlarını rasional hərəkət etməyə çağırıb.

Əks halda qaniçən İsrail hökumətinin başlatdığı yanğın təkcə bu bölgəni və burada yaşayan insanları deyil, sizləri də yandıracaq”. – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Qəzzaya bütün vasitələrlə dəstəyini davam etdirəcək və İslam dünyasını İsrailin təcavüzünün qarşısını almaq üçün iqtisadi və ticarət tədbirləri görməyə çağırıb.

“Bu gün biz ilk gün dayandığımız yerdə möhkəm dayanırıq. İlk gündə qoruduğumuz dəyərləri bu gün də qoruyuruq”. – deyə Ərdoğan bildirib.

Oxşar