Gürcüstanda koronavirusun prevensiyası ilə bağlı məhdudiyyətlərin bir hissəsi aradan qaldırıldı.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.
• Dağ kurortlarında mehmanxanalar sabahdan açılacaq. Oradaki kanat yolları isə, martın 8-dən.
• Şəhərlərarası nəqliyyat bərpa olunacaq.
• Restoranların qapalı məkanları (şənbə-bazardan başqa) Batumidə martın 1-dən, bütün ölkə miqyasında isə, martın səkkizindən işləyəcək.
• Saat 21:00-dan hərəkat etmə məhdudiyyəti qüvvədə qalır.
• Konfranslar və treninqlər müvafiq protokolun qorunması ilə, martın 1-dən davam edəcək.
• İdman zalları müvafiq requlyasiyaların qorunması şərti ilə, martın 15-dən işləməyə davam edəcəklər.
• Uşaq bağçaları əməkdaşlarının icbari testləşdirilməsindən sonra, martın 1-dən fəaliyyətə davam edəcəklər.
• Ali məktəblər və peşə məktəbləri martın 15-dən fəaliyyətə davam edəcəklər.
• Muzeylər və kitabxanalar martın 1-dən işləyəcəklər.
• Teatrların, idman klublarının, professiyonal ansamblların və s. fəaliyyətləri martın 15-dən qismən, aprelin 1-dən isə, tam şəkildə bərpa olunacaq.
• Ticarət molları və bazarlar şənbə-bazar daxil olmaqala adi rejimlə, fəaliyyətə martın 8-dən davam edəcəklər.