Regionlarda "Sinofarm" ilə vaksinasiya davam edir
Regionlarda "Sinofarm" ilə vaksinasiya davam edir

Regionlarda “Sinofarm” ilə vaksinasiya davam edir.

Şida-Kartlidə “Sinofarm” ilə vaksinasiya başladı. Qoridə vaksinasiya “Qormed” klinikasında və Qorinin hərbi hospitalında keçirilir.

Regionun digər munisipalitetində isə, vaksinasiya Kaspidə – “Medalfa”-da, Karelidə – “Qormedo”-da və Xaşuridə “Axali Klinikada” keçirilir.

Mayın 5-dən 24-nə qədər, Şida-Kartlidə “Sinofarm” vaksinasiyası üçün bütün yerlər alınıb.

Vaksinasiya prosesi Quriyada da başlayıb. Orada ilk olaraq, Quriya qubernatoru Giorgi Saxokia və müavini Ketevan Moistrapişviliyə peyvənd edildi. Quriyada da bütün yerlər alınıb.

Bu gün vaksinasiya Potidə də başladı. Orada vaksinasiya “Eveks” klinikasında keçirilir. Həkimlərin dediyinə görə, əhalinin fəallığı böyükdür.