Regional inkişaf və İnfrastruktur Nazirliyi islahatların yeni mərhələsini planlaşdırır
Regional inkişaf və İnfrastruktur Nazirliyi islahatların yeni mərhələsini planlaşdırır

Regional İnkişaf və İnfrastruktur Nazirliyi islahatların yeni mərhələsinə hazırlaşır.

1tv.ge-ilə ekskluziv müsahibəsində İnfrastruktur naziri Zurab Alavidze bəyan etdi ki, yeni islahatlar üç  istiqamətdən ibarətdir – yerli özünü idarə etmə orqanlarının səlahiyyətlərinin artırılması, onlara daha çox maliyyə resurslarının ayrılması və vətəndaşlara hesabat vermənin yüksək standartlarının tətbiq edilməsi.

Nazirin dediyinə görə, yaxın gələcəkdə icraçı və qanunverici iqtidarla və həmçinin diplomatik korpusunun nümayəndələri və beynəlxalq və yerli qeyri-hökümət təşkilatları ilə görüş keçiriləcək, hansında ki, nazirlik yeni planlarını təqdim edəcək.