Regional İnkişaf və İnfrastruktur Naziri Zurab Alavidze vəzifəsini tərk edir
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Zuirab Alavidze vəzifəsini tərk edir.
Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Zurab Alavidzeyi bu vəzifədə Maia Tskitişvili əvəz edəcək.
Gürcüstan iqtidarındaki kadr dəyişiklikləri barədə rəsmi məlumat yaxın günlərdə veriləcək.
Zurab Alavidze Regional İnkişaf və İnfrastruktur Naziri vəzifəsinə 2016-cı ilin noyabr ayında təyin edildi.
Ona qədər Alavidze iqtidar administrasiyasında çalışırdı.
Maya Tskitişviliyə gəlincə isə, o iqtidar administrasiyasının rəhbəri vəzifəsində 2012-ci ilin noyabr ayından çalışır.