Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi tütün bazarında monitorinqə başlayıb
Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi yerli sənayenin müraciəti əsasında tütün bazarında monitorinqə başlayıb.
Bu barədə Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi məlumat yayır.
Agentlikdən verilmiş məlumata əsasən, monitorinq çərçivəsində agentlik bazarda -rəqabət mühitini, bazarın konsentrasiyasının-Herfindahl Hirşman indeksinin keyfiyyətini qiymətləndirəcək, bazarın həcmi, bazarda fəaliyyət göstərən iqtisadi agentlər, bazar payları və s. müəyyən ediləcək.
Agentlikdən açıqlandığı üzrə, aralıq nəticələr maraqlı tərəflər üçün vaxtaşırı dərc olunacaq.
“2023-cü ildə agentlik bank sığortası bazarının monitorinqini başa çatdırıb və yerinə yetirilməsi gərəkən 6 tövsiyə verib. Maye və təbii qaz bazarının monitorinqi də başa çatdırıldı, əldə edilmiş nəticələrə əsasən, davamlı monitorinqin aparılması və rəqabət qanunvericiliyinin pozulması risklərinin olmadığı müəyyən edilib. Hazırda avtomobil yanacağı, qaragilə və qoz-fındıq bazarları müşahidə altındadır”- Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin məlumatında qeyd olunub.