Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi mihouse.ge ilə şərti öhdəlik müqaviləsi imzalayıb
Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi mihouse.ge ilə şərti öhdəlik müqaviləsi imzalayıb

 
Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi istehlakçının xeyrinə tikinti materialları sektorunda www.mihouse.ge ticarətçi ilə şərti öhdəlik müqaviləsi imzalayıb. Bu barədə Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi məlumat yayır.

“Agentlik və tikinti materialları hipermarketi – “Hualing” ilə bağlanmış müqaviləyə əsasən, qanunun mümkün pozuntusunun aradan qaldırılması üçün ticarətçiyə tapşırılıb: şirkətin daxili siyasətinə düzəliş etmək və qanunun tələblərinə uyğunlaşdırmaq; istifadəçiyə gürcü dilində – qanunla müəyyən edilmiş məlumatları aydın, başa düşülən və tam şəkildə təqdim etmək; malın satış qiymətinin aydın və başa düşülən formada göstərilməsini təmin etmək; istifadəçi üçün zəruri məlumatları həm yerində, həm də www.mihouse.ge rəsmi internet saytında yerləşdirmək; qanuna uyğun aydın zəmanət şərtlərini müəyyən etmək; Distansional müqavilədən imtina şərtlərini və onun istifadəçiyə təqdim edilməsi qaydasını hazırlamaq.

Agentliyin qərarına əsasən, müqavilə əsasında, ticarət siyasətinə düzəliş edilməsi və istehlakçıların mümkün pozulmuş hüquqlarının bərpası üçün ticarətçiyə iki ay müddət verilib.

Məlumat üçün: İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində 2022-ci ilin noyabrın 1-dən 2023-cü ilin dekabrın 31-dək 578 müraciət qeydə alınıb, onlardan 340-ı araşdırılıb. Qeyd olunan dövrdə agentliyin qərarı ilə istehlakçı qrupunun hüquqlarının pozulmasının 56 faktı təsdiqlənib, 7 halda təsdiqini tapmayıb. Hesabat dövründə istehlakçının xeyrinə şərti öhdəlik üzrə 98 müqavilə imzalanıb” – Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin yaydığı məlumatda qeyd olunur.