Rəqabət Agentliyi keçən il ən çox əczaçılıq şirkətlərini cərimələyib
Rəqabət Agentliyi keçən il ən çox əczaçılıq şirkətlərini cərimələyib

 
2023-cü ildə Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi araşdırma istiqamətində şirkətləri ümumilikdə 58 419 983 lari məbləğində cərimələyib – bu haqda agentliyin illik hesabatında qeyd olunub. Agentliyin məlumatında qeyd olunan məbləğin ən böyük hissəsinin – 53 milyon larinin əczaçılıq şirkətlərinin payına düşdüyü deyilir.

Hesabatda yazıldığı kimi, keçən il agentlik səkkiz istintaq işini bağlayıb, bunlardan üç razılaşdırılmış fəaliyyət mövzusu – aptek, yanacaq və onlayn bilet bazarı seçilirdi.

Məsələn, əczaçılıq bazarı işi üzrə, agentlik əczaçılıq sektorunda fəaliyyət göstərən dörd şirkəti rəqabətə zidd hərəkətlərə görə cərimələyib. Araşdırma ilə müəyyən edilib ki, 2021-2023-cü illərdə onkoloji dərmanların dövlət proqramı çərçivəsində şirkətlər arasında qiymətlər razılaşdırılıb.

Rəqabət qanunvericiliyini ciddi şəkildə pozduqlarına görə agentlik bu şirkətləri: “Aversi” – 14 402 425 lari; “Gepha” – 20 349 336 lari; “PSP” – 17 094 872 lari; “Mermis” – 951 301 lari, ümumilikdə 53 milyon lari məbləğində cərimələyib.

Neft şirkətləri ilə bağlı məsələyə gəlincə, məsələ 2022-ci ilin mart-avqust dövründə avtomobil yanacağı bazarında koordinasiyalı davranış nəticəsində yüksək qiymətlərin qorunub saxlanması ilə bağlıdır.

Agentliyin araşdırması nəticəsində səbəbin beş şirkətin razılaşdırılmış hərəkəti olduğu təsdiqlənib. Bu halda agentlik şirkətləri ümumilikdə dörd milyon lari məbləğində cərimələyib.
Konkret olaraq: MMC “San Petroleum Georgia” – 1 073 998 lari; MMC “Rompetrol Georgia” – 987 886 lari; MMC “SOCAR Georgia Petroleum” – 719 310 lari; ASC “Visol Petroleum Georgia”- 693 576 lari; MMC “Lukoyl Georgia” – 450 590 lari.

Kinoteatr biletlərinin onlayn satışı məsələsinə gəlincə, agentlik rəqabəti məhdudlaşdıran və hakim mövqedən sui-istifadə edən razılaşmalar aşkarlayıb. İş çərçivəsində həm şikayətçi, həm də cavabdeh tərəflər – üç şirkət 1,6 milyon laridən çox cərimələnib.
Vahid iqtisadiyyat subyekti – “Distribyutor Şirkəti” (“Distribyutor Şirkəti”, MMC “Cavea Saburtalo”, MMC “Cavea Gallery”, MMC “Cavea Tbilisi Mall”, MMC “Rustaveli Holding Cinema”, MMC “Amirani”, MMC “Apollo Batumi”) – 1 120 562 lari; MMC “Tinet” – 544 328 lari;
MMC “Elektron biletlər” (şikayətçi) – 5 368 lari.

Hər üç halda şirkətlər Rəqabət Agentliyinin qərarından apellyasiya şikayəti veriblər” – Gürcüstanın Milli Rəqabət Agentliyinin məlumatında qeyd olunur.