Rəqabət Agentliyi - istehlakçının hüquqları istiqamətində daxil olmuş 194 müraciətdən 109 iş yekunlaşıb
İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayı da daxil olmaqla, Milli Rəqabət Agentliyində 194 müraciət qeydə alınıb, 118 müraciət üzrə işin öyrənilməsinə başlanılıb, 109 iş ilə bağlı məsələ yekunlaşıb. Bu barədə Rəqabət Agentliyi məlumat yayır.
Verilmiş məlumatda beş ay ərzində Rəqabət Agentliyinin istehlakçının lehinə şərti öhdəlik götürmək haqqında 49 iş üzrə 28 müqavilə bağladığı deyilir. Bu isə o deməkdir ki, ticarətçilər öz daxili fəaliyyət siyasətini dəyişməyi və onların ticarət siyasəti nəticəsində zərər gördüyü ehtimal edilən istehlakçıların hüquqlarını bərpa etməyi öhdələrinə götürüblər. Agentlik şirkətlərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesini aktiv şəkildə müşahidə edir. İndiyədək 6 məsələ ilə bağlı iş tam şəkildə yekunlaşdırılıb.
Eyni dövrdə, agentliyin qərarı ilə istehlakçılar qrupunun-16 halda beş hüquq pozuntusu faktı təsdiqləndi, iki halda isə pozuntu faktı təsdiqini tapmayıb.
İstifadəçi tərəfindən daxil olan müraciətlərin 80%-i onlayn ticarət faktına, 20%-i isə əşyanın yerindəcə alınması halına aiddir. Regionlar üzrə Tbilisi 90 faizlə liderlik edir, daha sonra 4 faizlə İmereti və 3 faizlə Acara gəlir.
Daxil olan və işlənmiş göstəricilərə əsasən, pulun geri qaytarılma tələbi 57%, qüsurlu əşyanın təmiri və ya qaytarılması 58%, çaşdırıcı fəaliyyətin qadağan edilməsi 21%, əşyanın qeyd-şərtsiz qaytarılması 9%, digər tələblər isə 49% təşkil edir.
Hesabat dövründə, daxil olan müraciətlərə əsasən, 74 faizi topdan və pərakəndə ticarət sektoru, 11 faizi nəqliyyat və anbar təsərrüfatı, 1 faizi informasiya və rabitə, 14 faizi isə digər fəaliyyət sahələrinin payına düşür.
Məlumat üçün: istənilən şəxs pozuntuya yol verildikdən sonra iki il ərzində Milli Rəqabət Agentliyinə müraciət etmək hüququna malikdir. Qurum bir qrup istifadəçinin hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə məlumatı əldə etməsi halında işi araşdırmağa başlayır.
Pozuntu təsdiqləndiyi təqdirdə, agentlik ticarətçi üçün müddət təyin edəcək və pozulmuş hüququn bərpasını və/və ya qadağan olunmuş hərəkətin dayandırılmasını tələb edəcək. Agentliyin qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya qeyri-müvafiq şəkildə icra etdikdə ticarətçi cərimələnir, 12 ay müddətində pozuntunun ticarətçi tərəfindən təkrarlanması isə təyin edilmiş cərimənin ikiqat artırılması ilə nəticələnir.
İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində qurumun 598 05 44 22 nömrəli qaynar xətti və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir”- deyə Rəqabət Agentliyinin məlumatında qeyd olunub.