Rəqabət Agentliyi - İaşə obyektinin menyusunda ƏDV və bütün digər vergilər, o cümlədən xidmət vergisi də daxil olmaqla məhsulun son qiyməti göstərilməlidir
Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi qida xidməti sektorunda istehlakçıların maraqlarını qorumaq üçün ümumi qiymətin göstərilməsi standartını müəyyən edib.
Agentlikdən verilmiş məlumata əsasən, müvafiq olaraq, agentlik tərəfindən qəbul edilmiş qərara əsasən, hər bir treyder aydın və başa düşülən şəkildə yemək menyusunda dəyişiklik etməyə və müştəriyə ƏDV və bütün digər vergilər, o cümlədən xidmət vergisi də daxil olmaqla məhsulun son qiyməti haqqında məlumat verməyə borcludur.
“Agentlik standartı MMC “Limoni 2009” (restoran – Respublika) işinin öyrənilməsi prosesində müəyyən edib, bu halda treyder agentliklə şərti öhdəlik müqaviləsi imzalayıb. Konkret olaraq, “İstehlakçı hüquqlarının müdafiəsi” qanununun mümkün pozuntusunu aradan qaldırmaq üçün treyder həyata keçirdiyi fəaliyyətin daxili siyasətində dəyişikliklər etməyi öhdəsinə götürüb və bunu da yerinə yetirib.
Məlumat üçün: 2024-cü ilin yanvar ayında istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində agentlikdə 60 müraciət qeydə alınıb. Qeyd olunan dövrdə agentliyin qərarı ilə 1 istehlakçı qrupunun hüquqlarının pozulması faktı təsdiqini tapmışdır. Agentlik tərəfindən qoyulmuş öhdəliyi yerinə yetirmədiyinə görə 2 treyder 1200 lari məbləğində cərimələnib. İstehlakçının xeyrinə şərti öhdəlik götürülməsi haqqında 14 iş üzrə 13 razılaşma imzalanıb”- Rəqabət Agentliyinin məlumatında qeyd olunur.