Rəqabət Agentliyi "fast food" bazarında mümkün haqsız rəqabət faktı üzrə təhqiqata başlayıb
Gürcüstanın Milli Rəqabət Agentliyi “fast food” bazarında fəaliyyət göstərən şirkətlərin davası üzrə, MMC “Tsereteli Meksikuri”nin şikayəti əsasında təhqiqata başlayıb. Agentliyin yaydığı məlumatda da qeyd olunduğu üzrə, məsələ iki şirkət tərəfindən haqsız rəqabətin mümkün pozulması faktı ilə bağlıdır. Konkret olaraq, şikayətçi şirkətin əmtəə nişanlarının və görünüşünün mənimsənilməsi/imitasiyası.
“Məlumat üçün: Agentlik işin öyrənilməsinə başlandıqdan altı aydan gec olmayaraq müvafiq qərar qəbul edir. Məsələnin mühümlüyü və mürəkkəbliyini nəzərə almaqla, təhqiqat prosesi 18 aya qədər davam edə bilər.
Milli Rəqabət Agentliyi hazırda 5 məsələ -avtomobil yanacağı, tütün məmulatları, dəniz nəqliyyatı, biletlərin onlayn satışı və munisipal layihələrə nəzarət sektorları üzrə əlbir şəkildə hərəkət, dominant mövqedən sui-istifadə, haqsız rəqabət və inzibati qurum tərəfindən rəqabətin mümkün məhdudlaşdırılması ilə əlaqədar təhqiqat aparır. 2023-cü ildə qurum bir araşdırmanı başa çatdırıb və inzibati qurum tərəfindən rəqabətin məhdudlaşdırılması faktını müəyyən edib”–deyə Rəqabət Agentliyinin məlumatında deyilir.