Rəqabət Agentliyi banklarda sığorta məhsullarının təklif/satışı ilə bağlı monitorinqə başlayıb
Rəqabət Agentliyi banklarda sığorta məhsullarının təklif/satışı ilə bağlı monitorinqə başlayıb

 

Gürcüstanın Milli Rəqabət Agentliyi bazarda mövcud vəziyyəti və rəqabət mühitini öyrənmək məqsədilə kredit münasibətləri zamanı bank qurumları tərəfindən sığorta məhsullarının təklif/satışı bazarının monitorinqinə başlayıb.

Milli Rəqabət Agentliyinin məlumatında sözügedən monitorinqin “Sığorta İttifaqı”nın müraciəti və Gürcüstan Milli Bankının 2022-ci il üzrə maliyyə sabitliyi hesabatında təqdim olunan məlumatlar əsasında başladığı deyilir.

“Sənəddə maliyyə təşkilatları (banklar) tərəfindən sığorta bazarında rəqabətin mümkün məhdudlaşdırılmasının problem olaraq qaldığı qeyd olunub.

Milli Rəqabət Agentliyinin açıqlamasında bazarın monitorinqi prosesinin Gürcüstan Milli Bankı və Sığortaya Nəzarət Xidməti ilə aktiv koordinasiya formatında həyata keçiriləcəyi deyilir.

Bu vaxt üçün Gürcüstan bazarında 15 lisenziyalı kommersiya bankı və 18 lisenziyalı sığorta şirkəti fəaliyyət göstərir.

Məlumat üçün: 2022-ci ildə Milli Rəqabət Agentliyi əczaçılıq bazarının və avtomobil yanacağının (benzin, dizel) monitorinqini başa vurub. Əczaçılıq bazarının öyrənilməsi çərçivəsində 13 tövsiyə verilib. Avtomobil bazarında vəziyyəti öyrənmək məqsədilə tədqiqat prosesinə başlanılıb.

Bu mərhələdə şüşə tullantıları və qaz avtomobil yanacağı (CNG/LPG) bazarlarının monitorinqi davam etdirilir” – deyə Rəqabət Agentliyinin məlumatında qeyd olunub.