Rebeka Harms - Mustafa Emre Çabukun Türkiyəyə verilməsi ilə, Gürcüstan öz reputasiyasını korlamamalıdır
Rebeka Harms - Mustafa Emre Çabukun Türkiyəyə verilməsi ilə, Gürcüstan öz reputasiyasını korlamamalıdır

“Mustafa Emre Çabukun Türkiyəyə verilməsi ilə, Gürcüstan öz reputasiyasını korlamamalıdır, – bu barədə bəyanatı Avroparlamentar Rebeka Harms Qldani həbsxanasında Mustafa Emre Çabuku  ziyarət etdikdən sonra verdi.

Ekstradisiya öncəsi həbsində olan Çabuk ilə danışdıqdan sonra, Avroparlamentar Rebeka Harms medyaya şərh verərkən bəyan etdi ki, Emre Çabukun suçsuz olduğundan əmindir.

“Mustafa Emre Çabuku həbsxanada ikinci dəfə ziyarət edirəm və çox üzgünəm ki, o yenə də həbsdədir. Əminəm ki, o həbsdə olmamalıdır. Onunla və yaxınları ilə dəfərlərlə söhbət etdim və görürəm ki, o bir terorist deyil müəllimdir. Mən ona qarşı irəli sürülən bütün ittihamları yalanlayıram və ümid edirəm ki, onun Türkiyəyə ekstradisiyası olmayacaq. Türkiyədə yüzlərlə “Gülençi” adlandırılan müəllimlər və ziyalılar adil məhkəmə şansı olmadan həbsə göndərildilər”, – dedi Avroparlamentar.

“Mən başa düşürəm ki, Gürcüstan Türkiyə ilə münasibətlərini pozmaq istəmir, ancaq məncə Mustafa Emre Çabuku qurban etmək, bu münasibətlərin qorunması üçün əsas şərt deyil. Çabuku Türkiyə göndərərək, Gürcüstan demokratiya yolunda olan bir ölkə olaraq, öz reputasiyasını korlamamlıdır” – dedi Harms.

Xatırladırıq ki, Demirel kolecinin direktoru 2017-ci ilin mayın 24-də həbs edildi.

Türkiyə iqtidarı onu, axtarışda olan Fethullah Gülenlə əməkdaşlıqla ittiham edir.