Readmissiya ödənişini, readmissiya etdirən şəxslər ödəyəcəklər, soyad dəyişdirmə proseduru isə, sərtləşdiriləcək
Gürcüstan iqtidarının bugünki iclasında təqdim edilən qanun dəyişikliyinə əsasən, readmissiya xərclərini, readmissiya etdirənlərin özləri ödəyəcəklər, soyad dəyişdirmək proseduru isə, çətinləşdiriləcək.
Bütün nazirlər kabinetinin iştirak etdiyi fövqəladə iclası bugün baş nazir Giorgi Kvirikaşvili çağırdı.
İclasda, yaxın zamanda, Avropa İttifaqı ölkələrindən sığınacaq istəyənlərin sayının artmaması və bunun vizaliberalizasiya üçün problem yaratmaması ilə bağlı qoyulması planlaşdırılan addımlar müzakirə olundu.
Söhbət müəyyən qanunvericilik təşəbbüsündən gedir və həmçinin, bütün ölkə miqyasında fəal informasiya kampaniyası keçiriləcək, hansı ki, əhaliyə şengen zonasına vizasız gediş-gəliş qaydalarının pozulmasının mənfi nəticələri haqqında məlumat verəcək.