Reabilitasiya işləri başa çatana qədər Tsereteli prospekti ilə kəsişən küçələrdə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq
Reabilitasiya işləri başa çatana qədər Tsereteli prospekti ilə kəsişən küçələrdə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

 
Reabilitasiya işləri başa çatana qədər Didube rayonunda Tsereteli prospekti ilə kəsişən küçələrdə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq, Akaki Tsereteli prospektində reabilitasiya işləri intensiv şəkildə davam edir-bu haqda məlumatı Tbilisi Meriyası yayır.

“Hazırda yol işlərinin son mərhələsi davam edir, bununla əlaqədar olaraq Tsereteli prospektində, “Dinamo Arena”nın ərazisindən Şota Şalikaşvili adına körpüyə qədər olan yol hissəsində, Tsereteli prospekti ilə kəsişən küçələrdə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq.

Belə ki, məhdudiyyət asfalt örtüyünün döşənməsi zamanı nəqliyyatın hərəkətinin növbə ilə məhdudlaşdırılacağı Tsabadze, Pipiebi, Qori, Batumi, Poti, Baqrationi, Evdoşvili, Temur Pipia, Kedia, Vani, Bakradze, Stanislavski və Samtredia küçələrinə şamil olunacaq.

Yol işləri yanvarın sonunda başa çatacaq və Tsereteli prospektində hər iki istiqamətdə avtomobillərin hərəkəti bərpa olunacaq.

Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”- meriyanın məlumatında qeyd olunub.