Raul Kastro təsdiq etdi ki, vəzifəsini 2018-ci ilin aprelində tərk edəcək
Kubanın hazırkı lideri, Raul Kastro təsdiq etdi ki, vəzifəsini 2018-ci ilin aprelində tərk edəcək.
“Xalq hakimiyyətinin milli assambleyası baş tutduqdan sonra mənim ikinci idarəçiliyimin ikinci müddəti və mənim hakimiyyətdə olmamın son mandatı başa çatır. Bundan sonra Kubanın yeni prezidenti olacaq”, -bu barədə Raul Kastro parlamentdə nitqlə çıxış edərkən bəyan etdi.
Onun qeyd etdiyinə görə, ölkənin idarəçiliyində bir insanın olması iki seçki müddəti ilə kifayətlənməlidir.