Rati Yonatamişvili - Xoştariya faktiki olaraq etiraf edir ki, onun iki maliyyə mənbəyi var - Moskva və Kezeraşvili
Rati Yonatamişvili - Xoştariya faktiki olaraq etiraf edir ki, onun iki maliyyə mənbəyi var - Moskva və Kezeraşvili

Aydındır ki, çox kəskin qarşıdurma var, bunun yalnız bir səbəbi var – hazırda Kezeraşvilinin sahilb olduğu cinayət yolu ilə qazanılan qara pulları necə böləcəklər, – bu barədə Parlament çoxluğunun üzvü, Rati Yonatamişvili bəyan etdi. Onun dediyinə görə, “Milli Hərəkat” və ona bağlı olan partiyaları ölkənin rifahı yox, şəxsi rifahı narahat edir.

“Xoştariya faktiki olaraq etiraf edir ki, onun iki maliyyə mənbəyi var – Moskva və Kezeraşvili. Digər tərəfdən, görürük ki, bu insanların ətrafında birləşən yeganə şey kriminal vəsaitlərdir. Məqsədləri öz ölkəsi və ölkənin qarşısında duran vəzifələr deyil, öz şəxsi maraqları və cinayət xarakterinə yaxın mövqeləri olan siyasi partiyanın və üzdəniraq siyasətçilərin həmişə sonu budur”, – Rati Yonatamişvili bəyan edir.

“Droanın” lideri, Elene Xoştariya “feysbukda” yazıdı ki, David Kezeraşvili ilə “partnyorluq edir və edəcək”.

“Razborkalar” kimi maraqlandırır, Kezeraşvili ilə partnyorluq edirəm və edəcəm, bir sözlə, məsələyə baxaq və ədəb-ərkanı münasibətlərdə qoruyaq”, – Xoştariya qeyd etdi.

“Milli Hərəkatın” sədri Nika Meliya dünən Gürcüstanın Birinci Kanalının efirində bəyan etdi ki, “Kezeraşvili siyasi spektrdən nə qədər uzaqdırsa, bu, şəxsən onun və Gürcüstanın siyasi həyatı üçün, xüsusən İvanişviliyə qarşı mübarizə prosesində bir o qədər yaxşı olacaq”.