Rati Yonatamişvili - bəzi siyasətçilər ilk növbədə Meliyanın cinayətkar olduğunu faktiki olaraq bildirən Strasburq qərarından sonra da xalqdan üzr istəməlidirlər
“Gürcü arzusunun” üzvü Rati Yonatamişvilinin fikrincə, həbsdə olan bir neçə siyasətçinin azadlığa buraxılmasını tələb edənlər əvvəlcə üzr istəməlidirlər.
“Mən bu insanlara məsləhət görərdim ki, əslində Nika Melianın cinayətkar və kriminal olduğunu bəyan edən Strasburq məhkəməsinin konkret qərarından sonra, ilk növbədə cəmiyyətimizdən üzr istəməyi xahiş məsləhət görərdim. Xatırlayırıq ki, bu işlə bağlı dövlətimizə zərbə vurmağa çalışıblar. Birincisi, onlar üzr istəməlidirlər, çünki bir cinayətkarı qorumaq üçün ölkəmizə qarşı hərəkət ediblər”, – Yonatamişvili bildirib.
Müxalifətdəki siyasi qrupların nümayəndələri onunla birlikdə saxlanılan Nika Meliya və Baço Dolidze və Zviad Kupravanın azadlığa buraxılmasını tələb edirlər.
Müəllif -
Mehemmed Bayramaliyev