Rati İonatamişvili - Siyasi şuranın iclasının yanvarın 24-də keçirildiyini təsdiqləyirəm, partiyanın qurultayı fevralın 1-də keçiriləcək, bunun nəticəsində də təfərrüatlar açıqlanacaq
Rati İonatamişvili - Siyasi şuranın iclasının yanvarın 24-də keçirildiyini təsdiqləyirəm, partiyanın qurultayı fevralın 1-də keçiriləcək, bunun nəticəsində də təfərrüatlar açıqlanacaq

 
Siyasi şuranın iclasının yanvarın 24-də keçirildiyini təsdiqləyirəm, partiyanın qurultayı fevralın 1-də keçiriləcək, bunun nəticəsində də təfərrüatlar açıqlanacaq-bu haqda parlament çoxluğunun üzvü Rati İonatamişvili açıqlayıb.

Rati İonatamişvili, ictimai dəstək baxımından bu gün “Gürcü Arzusu”nun özünün tarixi maksimumunda olduğunu bildirib.

“Siyasi şuranın iclasının yanvarın 24-də keçirildiyini təsdiqləyirəm, eləcə də partiyamızın qurultayının fevralın 1-də keçiriləcəyini təsdiqləyə bilərəm. Birbaşa detallara gəlincə, bir neçə gündən sonra keçiriləcək partiyanın qurultayını gözləmək daha yaxşı olardı. Aydındır ki, qurultaydan sonra təfərrüatlar ictimaiyyətə məlum olacaq. Seçki ilinə gəlincə, ictimai dəstək baxımından “Gürcü Arzusu”nun bu gün tarixi maksimumda olduğu faktdır. Bu, ilk növbədə vətəndaşlarımıza münasibətdə məsuliyyətli münasibətimizdən irəli gəlir. Müvafiq olaraq, düşünürəm ki, seçkilərə qədər dəstək xeyli artacaq”- Rati İonatamişvili açıqlayıb.

Məlumat üçün bildirək ki, bu gün İrakli Kobaxidzenin baş nazir vəzifəsinə təqdim olunacağı, İrakli Ğaribaşvilinin isə partiya sədri vəzifəsini tutacağı barədə məlumat yayıldı.