Rati İonatamişvili - Salome Zurabişvilinin bəyanatının cəmiyyətimiz üçün heç bir dəyəri yoxdur
Rati İonatamişvili - Salome Zurabişvilinin bəyanatının cəmiyyətimiz üçün heç bir dəyəri yoxdur

Salome Zurabişvilinin bəyanatının cəmiyyətimiz üçün heç bir dəyəri yoxdur, – bu barədə parlament çoxluğunun üzvü Rati İonatamişvili Gürcüstan prezidentinin xaricdəki seçki məntəqələri ilə bağlı bəyanatına şərh verərkən bildirib.

“Salome Zurabişvili dəfələrlə açıqlama verərək diletantlığını sübut etdi və bizə insanın öz mövqelərindən deyil, tapşırıqlara uyğun olarak danışanda çətin günə necə düşə biləcəyini göstərdi. Ona görə də aydındır ki, onun heç bir bəyanatının cəmiyyətimiz üçün heç bir dəyəri yoxdur”, – İonatamişvili bildirib.

Gürcüstanın prezidenti Salome Zurabişvili xaricdə yaşayan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı məsələsindən danışarkən, seçki məntəqələrinin harada açıla biləcəyini, o cümlədən bazar günü məktəblərindən və müxtəlif sahələrdən istifadə imkanlarından danışıb.

“Çox sayda vətəndaşımızın yaşadığını bildiyimiz müxtəlif şəhərlərdə diaspor təşkilatlarının istifadə etdiyi məkanlar – kilsələr, bazar günü məktəbləri və müxtəlif məkanlar var və onlar bu məkanı seçkilərə ayırmağa və ya yaşadığımız şəhərdə belə bir məkan əldə etmək üçün çalışmağa hazır olduqlarını bildirirlər. Moldovanın nümunəsində da belə bir təcrübə var ki, tərəfdaş ölkələr bizə seçki dövrü üçün yerlər təklif edirlər. Belə ki, bir çox həll yolu var”, – deyə Salome Zurabişvili bildirib.