Rati Ionatamişvili - radikal müxalifətdə 7 Noyabra “bəraət qazandırırdılar” və indi Qirqvlianinin xatirəsini təhqir edirlər, bütün bunlar bu insanların utanmazlığını, mənəviyyatsızlığını göstərir
Radikal müxalifətin 7 Noyabra necə “bəraət qazandırdıqlarını” görürük və indi Qirqvlianinin xatirəsini təhqir edirlər, bütün bunlar bu insanların utanmazlığını, mənəviyyatsızlığını göstərir – bu barədə parlament çoxluğunun üzvü Rati İonatamişvili “Birləşmiş Müxalifət-Güc Birlikdədir”in lideri Murman Dumbadzenin bəyanatını şərh edərkən açıqlayıb.
O, radikal müxalifətin heç bir dəyər və ideyanın tərəfdarı olmayan insanlar birliyi olduğunu bildirib.
“Radikal müxalifətdə “bəraət qazandırmağın” mənəviyyatsız cəhdlərinə öyrəşiblər. Onların 7 Noyabra necə “bəraət qazandırdıqlarını” görürük və indi Qirqvlianinin xatirəsini təhqir edirlər.
Bütün bunlar bu insanların utanmazlığını, mənəviyyatsızlığını göstərir. Radikal müxalifət heç bir dəyər və ideyanın tərəfdarı olmayan insanların birliyidir. Bu insanlar zəif, intiqamçıdırlar, hakimiyyətdən yalnız şəxsi mənfəətləri üçün istifadə etmək istəyirlər. Cəmiyyət bu adamları hakimiyyətdən uzaqlaşdırdı və bu insanlar siyasətdən nə qədər tez getsələr, ölkə üçün bir o qədər yaxşı olar. Bu adamlar guya “Milli Hərəkat”a qarşı çıxırdılar və məlum oldu ki, əslində “Milli Hərəkat”dan daha çox “Milli Hərəkat”çılıq edirlər “- deyə Rati İonatamişvili açıqlayıb.