Rati İonatamişvili - QHT-nin siyasi partiyalarla nəinki əlaqəsinin olması, üstəlik eyni adda olması zərərli faktlardır, bu, olduqca pis oyundur
QHT-nin siyasi partiyalarla nəinki əlaqəsinin olması, üstəlik eyni adda olması ilə əlaqədar bizdə çoxlu zərərli faktlar var -deyə parlament çoxluğunun üzvü Rati İonatamişvili bildirib.
O qeyd edib ki, “bu, vətəndaş cəmiyyətinin cəmiyyətdəki əhəmiyyətini sarsıdır və olduqca pis oyundur”.
“Bu, birbaşa spekulyasiya və qanundan yan keçməyin bir yoludur. Faktiki olaraq xarici maliyyə vəsaitləri siyasi məqsədlər və tapşırıqlar üçün istifadə olunur. Açığı, qorxanlar və bu cür manipulyasiyalar edənlər birinci danışdı. Şəffaflıq standartından irəli gələrək, aydındır ki, beynəlxalq maliyyənin haraya və necə xərcləndiyini bilmək lazımdır və vacibdir.
Vətəndaş təşkilatı siyasi partiyanın dostu ola bilməz. Müəyyən bir məsələdə tərəfdaş ola bilər, amma dost ola bilməz. Bu, qəbuledilməzdir və reallıqda yalnız müəyyən qədər xaricdən əlavə maliyyə vəsaiti almaq və onu siyasi məqsədlərə xərcləmək üçün onlara lazım olduğunun faktiki olaraq etiraf edilməsidir. Onlar bunu etiraf etdilər. Şəffaflığın olmaması faktdır və cəmiyyətimiz bu cür manipulyasiyaların harada və necə baş verdiyini və onların məqsədlərinin nə olduğunu bilməyə layiqdir” – Rati İonatamişvili bildirib.