Rati İonatamişvili Nino Nadiradzenin dünənki bəyanatının Mixeil Saakaşvilinin səhhəti ilə bağlı müzakirələrin süniliyini göstərdiyini hesab edir
Parlament əksəriyyətinin üzvü Rati İonatamişvili “Vivamed”in baş direktoru Nino Nadiradzenin dünənki bəyanatının Mixeil Saakaşvilinin səhhəti ilə bağlı müzakirələrin süniliyini göstərdiyini hesab edir.
“Ailə üzvləri Mixeil Saakaşvili üçün lazım olan qidaların kalorilərini belə gətirmirlər. Həkim bir az çeşidli yemək gətirmələrini tələb edir, bu vaxt mağazadan soyuq yemək gətirirlər” -deyə Nino Nadiradzenin bəyanatını İonatamişvili şərh edib:
“Bu fakt bir daha bu şəxsin səhhəti ilə bağlı bütün müzakirələrin süni olduğunu göstərir. Açığı, bu, yenilik deyil və vətəndaşlarımız manipulyasiyalar və spekulyasiyalar üçün geniş yer olduğunu dəqiq bilirdilər, konkret arqument ortaya qoyulmayıb, amma indi biz bu kampaniyanın süniliyinə daha da əminik. Dəfələrlə ona yönəlik aclıq aksiyasını dayandırmaması ilə bağlı çağırışların şahidi olmuşuq, çox qəribə açıqlamalar görmüşük. Ayrı-ayrı qüvvələr və qruplar onun sağlamlığının qorunmasına diqqət yetirməli olduğu halda, əksinə bir çox şübhələrə səbəb olurdular. Əgər kalori miqdarı sübuta yetirilibsə və buna şübhə etmək üçün heç bir əsasımız yoxdursa, insanı qanunun aliliyindən xilas etmək üçün belə bir səviyyəyə düşmək üzücü fakt olardı. Bu, çox utancverici və yanlışdır” – deyə Rati İonatamişvili bildirib.